"Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi başa çatdırılacaq".
"Unikal" xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Onun sözlərinə görə, bu bölgə günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir.
Hacıyev Zəngilanda bu yaxınlarda başa çatdırılan “ağıllı şəhər”in tikintisi və digər tikinti-bərpa işlərinin aparıldığını da vurğulayıb.
O, həmçinin qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 9-a qədər məktəbəqədər təhsil müəssisəsi və 19 ibtidai sinif fəaliyyət göstərirdi.(report.az)