Hazırda Paris Saint-Germain-də komanda yoldaşı olan argentinalı futbolçu Paredes həmyerlisi Messi ilə bağlı diqqətçəkən açıqlama verib.
"Unikal" xəbər verir ki, o, 2021-ci ildə PSJ-nin "Barselona"ya 4:1 hesablı qələbəsi zamanı onunla Messi arasında təəccüblü insident yaşandığını deyib:
Paredes, Messinin həmin matçda "Barselona"nın oyunçusuna qarşı dediyi sözləri eşitdiyini, "O, həqiqətən əsəbiləşdi və məni məhv etmək istədi. Olduqca pis oldu. Məni öldürmək istədi və mən o anda evə getmək istədim" dediyini bildirib.
Parades Messinin Paris Saint-Germaine transferindən sonra aralarında heç bir problem olmadığını və komanda yoldaşı olduqlarını deyib.