Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Most Traveled People" (Ən çox səyahət edənlər) səyahətçilər klubunun üzvləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.
"Most Traveled People" Klubunun üzvləri ilə görüşməkdən məmnun oldum. Səyahətçilər Kəlbəcərdən Şuşayadək azad edilmiş ərazilərə səfər etdilər və erməni işğalının, vandalizminin miqyasına və dağıntılarına şahid oldular. Həmçinin, Azərbaycanın yenidənqurma və şəhər inkişafının sürətinə heyran oldular",- deyə Hikmət Hacıyev qeyd edib.