Azərbaycan Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatına qitə birinciliyinə sahib olub.
"Unikal" xəbər verir ki, sərbəst güləş üzrə milli komandamızdan böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb.
Avropa çempionatında 6 qızıl, 1 gümüş və 2 bürünc medalla yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.
Belə ki, yığmamız birdən-birə 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.