"Vətəndaşların minimum əmək haqqı ilə (300 manat) ictimai işlərə cəlb edilməsi onlar üçün cəlbedici deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, kəmiyyətdən keyfiyyətə keçmək istəyiriksə, ictimai işlərə cəlb olunan insanların sayını azaltmalı, onların əmək haqqlarının artırılması istiqamətində düşünməliyik.
"Yəqin ki, bu növbəti ilin büdcəsinin müzakirəsi zamanı nəzərə alınacaq", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev