Rusiya Ukrayna problemini bitirmədən və yaxud bir müharibənin zərərini, itkilərini bərpa etmədən, sanksiyalar altında əzildiyi bir vaxtda yenidən çox böyük ərazilərə malik - Qazaxıstana hər hansı bir şəkildə müdaxilə etməsi real görünmür.
Bunu “Unikal”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu, həm maliyyə, həm də iqtisadi baxımdan Rusiya üçün çətindir:
“Rusiya ordusu Ukrayna ərazisində kifayət qədər “yorulub”. Ruslarda yorğunçuluq hiss olunur, belə ki, hücum templərini aşağı düşməsi, raket zərbələrinin intevsivliyinin azalması, onu göstərir ki, həm raketlərin sayında müəyyən azalma var, həm də qoşunların artıq dəyişdirilməsi gündəmdədir. Amma dəyişdirilməkdən ötrü də ərazi böyük olduğuna görə bu qədər qoşunla Rusiya cəlb edə bilmir. Belə bir durumda Rusiyanın Qazaxıstanla münaqişəyə başlasın? Bu, real deyil. Qazaxıstan beynəlxalq hüquqdan irəli gələnləri sadəcə ən yüksək səviyyədə səsləndirdi. Bu Rusiyanı qıcıqlandıra və müəyyən iqtisadi problemlər yarada bilər. Amma nəzərədə almalıyıq ki, Qazaxıstan da mövcud Türkiyə ilə münasibətləri fonunda KTMT-dən imtina barəsində ən azı ekspertlıər səviyyəsində gündəmə mövzular buraxa bilər. Bu da Rusiyanı düşündürməyə vadar edər".
Ə.Verdiyev Çeçenistan rəhbəri Ramzan Kadırovun ötən günlərdə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) dövlətlərinin müharibədə Rusiyaya dəstək olmadıqlarına görə qınamasına da fikir bildirib:
“KTMT dövlətləri bu yardıma qoşulsunlar. Bu yardıma indiyə kimi qoşulan tək dövlət Ermənistan olub. O da əlacsızlıqdan bu məsələlərə qeyri-rəsmi olaraq dəstək verir. Separatçılara humanitar yardım göndərir və hər bir ölkə yaxşı anlayır ki, Rusiyanın hazırki fəaliyyətləri beynəlxalq hüquqa ziddir. Rusiya hazırda işğalçı bir dövlət kimi tanınır. İstənilən ölkənin Rusiyanın və ya onun tanıdığı qondarma qurumların yanında yer alması tez və ya gec Qrəbin sanksiyaları ilə nəticələnəcək. Biz bunu Belarusa tətbiqində gördük. İnanmıram ki, KTMT dövlətləri bu məsələdə beynəlxalq hüququ normalara tapdalayıb Rusiyanın yanında dursun, Ermənistan və Belarus təhlüksəzilik baxımından, əlacsızlıq Rusiyanı özlərinə bir sponsor kimi görür. Qazaxıstan isə Rusiyadan digər gözləntiləri olmadığına görə, onu dəstəkləməyəcək. Kadırovun verdiyi bəyanət isə qaş düzətldiyi yerdə göz çıxartmağa bənzəyir. KTMT ölkələri onsuz da Rusiyanın yanında deyildi. İndi də Rusiya hakimiyyətində növbəti Jirinovski rolunu oynayan Kadırovun bu bəyənatı KTMT-də mövcud olan çatları birazda dərinləşdirə bilər".
Gülayə Mecid