"Azərbaycan hökumətinin neftin qiyməti ilə bağlı məsələyə yanaşması mühafizəkardır. Biz ənənəvi olaraq neftin qiyməti məsələsində ehtiyatlı davranırıq".

"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. 

Nazir bildirib ki, neftin bir bareli üçün büdcədə nəzərdə tutulan artım büdcənin gəlirlərini artırır.

Qeyd edək ki, bu ilin büdcəsi təklif olunan dəyişikliyə əsasən, neftin qiyməti 50 dollardan 85 dollara qaldırılır.

Anar Kəlbiyev