Kiyev vilayətində hava hücumundan müdafiə qüvvələri düşmənin bir raketini vurub.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksiy Kuleba öz Teleqramında məlumat verib:
"Bu gün səhər saatlarında düşmən paytaxta zərbə endirib. Rayonda hava hücumundan müdafiə sistemi işləyirdi, bir raket vurulub. Raketin qalıqları rayonun kəndlərindən birinin ətrafına düşüb. Dağıntı və tələfat yoxdur. Özünüzə diqqət edin!”
Ramil Zeynallı