"Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə həm terrorla mübarizə, həm də regional böhranlarda problemlərin həlli konsepsiyasını uğurla həyata keçirir, dost ölkələrə dəstəyini və prinsipial mövqeyini hər sahədə nümayiş etdirir.
Bundan əlavə, Ərdoğan sabah Madriddə baş tutacaq NATO Zirvəsində PKK/YPG, FETÖ kimi terror təşkilatları haqqında həmsöhbətlərinə doğru məlumat çatdıracağını da qeyd edib.