NATO sammiti ərəfəsində "Roskosmos" Madriddəki sammitin keçirildiyi məkanın, eləcə də “qərar vermə mərkəzləri”nin peyk şəkillərini yayımlayıb.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, "Roskosmos" həmçinin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İspaniyada “qərar qəbuletmə mərkəzləri” adlandırılan qurumların koordinatlarını dərc edib.
Bildiyiniz kimi, iyunun 28-də Madriddə NATO-nun 30 ölkəsinin dövlət və hökumət başçılarının tərəfdaş və namizədlərin iştirakı ilə üçgünlük görüşü baş tutacaq.
Sammitdə Rusiyanın işğalı ilə mübarizə üçün Ukraynaya yardım paketi ilə bağlı qərar veriləcəyi planlaşdırılır. Müttəfiqlər həmçinin Rusiyanı ən böyük təhlükə kimi müəyyən edəcək NATO-nun yeni strateji konsepsiyasını təsdiq edəcəklər.
Gülayə Mecid