Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Düjarrik bildirib ki, tərəflər Ukrayna taxılının, eləcə də Rusiya gübrələrinin dünya bazarına qaytarılmasını müzakirə ediblər.