1990-cı illərdə ABŞ-da məşhurlaşan "Qremmi" mükafatlı R&B və hip-hop müğənnisi Robert Silvestr Kelli cinsi istismar iddiasında 30 il həbs cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, 55 yaşlı Kelli Nyu -Yorkun Bruklin şəhərindəki məhkəmədə "18 yaşından kiçik qızlara qarşı cinsi istismar" və "nüfuzdan sui-istifadə" kimi cinayətlərə görə 30 il həbs və 100 min dollar pul cəzasına məhkum edilib.
İfadə verməkdən imtina edən müğənni hökm oxunarkən heç bir reaksiya verməyib.
Bildirilib ki, son iclasda ifadə verən zərərçəkənlərdən bəziləri qaradərili müğənninin onlara qarşı etdiyi təhqirləri və alçaldıcı azğın davranışlarını izah edərkən göz yaşlarına boğularaq, keçmiş ulduzun ömürlük həbsini tələb ediblər.