ABŞ yaxın günlərdə Ukraynaya ümumi məbləği 800 milyon dollar olan yeni hərbi yardım paketinin ayrılmasını elan edəcək.
"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
O qeyd edib ki, yeni paketə hava hücumundan müdafiə sistemləri, əlavə artilleriya və döyüş sursatları, əks-akkumulyator radarları, eləcə də artıq Ukraynaya təhvil verilmiş çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxildir.
G7 ölkələri (Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) əvvəllər silah tədarükü də daxil olmaqla, lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəklərini bəyan etmişdilər. G7 həmçinin vurğulayıb ki, onlar Ukraynanın azad və demokratik gələcəyini təmin etmək və özünümüdafiə məsələsində ona kömək etmək üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı maraqlı ölkələrlə danışıqlar aparmağa hazırdırlar.
Bu ölkələr artıq Kiyevə 2,8 milyard dollar məbləğində humanitar yardım göstərib və Ukraynaya daha 29,5 milyard dollar verməyə hazır olduqlarını bildiriblər.
Ramil Zeynallı