Yaponiyanın paytaxtı Tokioda termometrlər 1875-ci ildən bəri iyun ayında görülən ən yüksək dərəcəyə 36,4-ə çatıb. Ölkənin müxtəlif yerlərində havanın temperaturu 39 dərəcəni keçərkən, ən azı 12 nəfərin isti vurması nəticəsində öldüyü bildirilir.
"Unikal" xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio temperatur rekordu qırıb. Yaponiya Meteorologiya Təşkilatının (JMA) verdiyi açıqlamada, bu gün 36,4 dərəcə temperaturun ölçüldüyü, 1875-ci ildə sözügedən ərazidə məlumatların toplanmasına başlandığından bu yana iyun ayında görülən ən yüksək dəyər olduğu bildirildi. Yaponiyanın Saitama əyalətində 39,9, Qunma əyalətində 39,7 və Şizuokada 39,4 dərəcəyə çatan istilər ən azı 12 nəfərin ölümünə səbəb olu