Rusiyalı müğənni Filipp Kirkorov Dolce & Gabbana ilə əməkdaşlığı birdəfəlik dayandırdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Telegram kanalında məlumat yayılıb.

Bir neçə il Domeniko Dolce və Stefano Qabbana ilə əməkdaşlıq edən 55 yaşlı sənətçi sevimli dizaynerləri ilə işgüzar əlaqələrini kəsmək qərarına gəlib. Məşhurun ​​sözlərinə görə, buna səbəb brendin kreativ direktorlarının düzgün olmayan davranışları olub:

“Bu gün onları göndərdim, bizim ölkədə özlərini pis aparırlar. Dedim ki, onlarla bütün əməkdaşlığı birdəfəlik dayandıracağam!” - pop artisti aydınlıq gətirib.

Gültəkin