Xəbər verdiyimiz kimi, ötən gün ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovub.
"Unikal" xəbər verir ki, müğənninin efirdən qovulması sosial mediada gündəm mövzusuna çevrilib.Bəzi istifadəçilər Zaur Kamalı bu hərəkətinə görə qınayıb.
Lakin hər kəs verilişin aparıcısından və kanaldan üzr istəməsini gözləyərkən, Zaur Kamal axşam efirində onu tənqid edənlərə belə cavab verib:
“Uzaqdan qüsursuz, yaxından isə lazımsız insanlar gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. 25 ildir radio-televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım, həmişə tamaşaçı sevgisini hiss etdim. Damla-damla yığdığımız bu sevgini Allah-təala bizdən uzaq etməsin. Efirə ancaq sevincli hisslərlə çıxırıq. Bu gün də sevincimlə, gözəl ab-hava ilə bu günün gecəsini açıq elan edirəm”.