Bu gün Ermənistan Milli Assambleyanın növbədənkənar sessiyasında İşxan Saqatelyanın NA-nın vitse-spikeri vəzifəsindən məhrum edilməsi, habelə Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komitəsinin sədri səlahiyyətlərinə xitam verilməsi ilə bağlı gizli səsvermənin nəticələri açıqlanıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, müvafiq təşəbbüs hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasına məxsus olub.
66 deputat İşxan Saqatelyanın Milli Məclis sədrinin müavini vəzifəsindən məhrum edilməsinin və parlamentin daimi komitəsinin sədri Vahe Akopyanın səlahiyyətlərinə xitam verilməsinin lehinə yekdilliklə səs verib.
Müxalifət deputatlarının vəzifələrindən məhrum edilməsi yalnız ilk addımdır. Hakim güc daha 10 deputatı daimi mandatdan məhrum etmək imkanını nəzərdən keçirir.
İclasda parlament müxalifəti iştirak etməyib.
Gülayə Mecid