Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Murovdağ tunelindəki son vəziyyəti açıqlayıb.
"Unikal"ın məlumatına görə, açıqlamada deyilir ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.
Bu hissədə uzunluğu 11 658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.