İyunun 28-də vəfat edən məşhur türkiyəli aktyor Cüneyt Arkınla bağlı gizli detallar ortaya çıxıb. Belə ki, Ustad sənətçinin ilk dəfə ailə qurduğu Gülər Mocandan Filiz Yaşam adlı qızı olduğu öyrənilib.
"Unikal" xəbər verir ki, illərdir qızını görməyən Arkının yazdığı duyğulu məktub ölümündən sonra ortaya çıxıb. Bildirilir ki, ilk nikahını 1964-cü ildə sinif yoldaşı Gülər Mocanla edən Arkın 1966-cı ildə qızları Filizi qucağına alıb. Lakin uğursuz bir evlilik keçirən Cüneyt Gülərdən ayrılıb. Bu ayrılıq ona qızını görməkdən məhrum edib.
"Beyaz maqazin" proqramında yayımlanan məktuba görə, Arkın həsrət çəkən qızına bu sözlərlə müraciət edib:
"Canım balam Filiz. Bunu sənə yazmağımın bir səbəbi var. Bu gün 10 mart 1968-ci il, ilk Qurban bayramı. Bu gün anan səni mənə göstərmədi. Telefonu söndürür, məktublarımı oxumur. Səndən ayrılandan iki ay keçdi, amma elə bil, min ildir səni görmürəm. Sənin üçün darıxıram. İndi isə şirin siman yavaş-yavaş yaddaşımdan silinir. Sinəmə toxunan o balaca əlinin istiliyi azalır. Günlərdir ki, cəhənnəmin dibindəymişəm kimi ağrılar içindəyəm. Adını min dəfə pıçıldadım, Allaha dua etdim ki, səni mənə göstərsin. Qorxular içində sənə gəldim. Qapını açmayacaqlarını bilə-bilə. Dostlarımı göndərdim evinizə, küncdə gözlədim. Amma xalaların onları qovdular. Anan səni pəncərədən görməyimi belə istəmir. Sən xalanın qucağında imişsən, üzərində mavi naxışlı paltar var imiş. Şirin-şirin gülürmüşsən. Nadinclik edib utanır, daha sonra başını gizlədirmişsən. Bir atanı uşağından hansı qüvvə ayırar? Hansı ürək buna razı olar? Belə bir sevgiyə hansı pislik qalib gələ bilər? Ananın sərtliyini, həssaslığını, qəddarlığını necə izah edim? Balam, bu, bizim taleyimizdir. Amma anan əlini uzatsa, xilas olardım. Bəli, balam ağrıyırdım və tək idim. Ananın güc bildiyi və paxıllıq etdiyi hər şey, şöhrətim, pulum məni dünyada tək qoymuşdu. Çünki günahlarımda, zəifliklərimdə səmimi idim. Mən günahkar idim, amma saxta, xəsis deyildim. Ananla aramdakı böyük fərq onun türk kinosuna heç vaxt əhəmiyyət verməməsi ilə bağlı idi. Ona görə, etdiyim bütün işlər sadə və alçaldıcı bir iş idi. Xalaların da eyni şeyi düşünürdü. Anan mənimlə döyüşməyi, məni alçaltmağı özünə borc bildi. Mən hələ də barışmağı təklif edirdim. Səssizcə sevmək və bağışlanmaq var ikən, nədir bu iyrəncliklər? Sadəcə onun yaratdığı və tək buraxmaq istədiyi sevgini xilas etməyə çalışıram. O, sevgiyə və bağlılığa xor baxırdı, indi isə məndən daha təkdir”.
Bildirək ki, Filiz Yaşamın anası həkim Gülər Mocan, atası isə aktrisa Cüneyt Arkındır. Hazırda 55-56 yaşlarında olan Filiz Yaşam uzun illər atasını görməyib və anası ilə birgə böyüyüb. Bakalavr təhsilini Boğaziçi Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentində başa vuran Yaşam London "School of Economics"in Beynəlxalq İqtisadiyyat və Siyasi Elmlər Departamentində qonaq tələbə kimi kurslar alıb. Ölkəmizin ilk menecment məşqçilərindən biri olan Filiz Yaşam bu peşə ilə İngiltərədə tanış olub. Marmara Universiteti Avropa Birliyi İnstitutunda magistr dərəcəsi alan Filiz Yaşam evlidir və 18 yaşında Defne adlı bir qızı var.