Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində şəhid ailəsini ziyarət edib.
"Unikal" xəbər verir ki, nazir şəhid Manafov Zahir Zakir oğlunun ailə üzvləri ilə görüşərək onların şəhidlə bağlı xatirələrini dinləyib.
Rəşad Nəbiyev şəhid ailəsinin qayğıları ilə maraqlanıb.