Türkiyəli aktyor Burak Dakakın yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktyor "Çekiç ve gül: Bir Behzat Ç hikayesi" serialında rol alacaq. Layihənin baş rolu aktyor Erdal Beşikçioğluna həvalə olunub.
Qeyd edək ki, Burak sonuncu dəfə "Çukur" serialında Akın Koçovalı obrazını canlandırıb.