ABŞ prezidenti Co Baydenin "Türkiyəyə F-16 satmaq lazımdır" sözləri ABŞ-da ciddi reaksiya ilə qarşılanıb. Baydenin sözlərinə reaksiya verən 2 ABŞ senatoru "Bunu eşitmək şok oldu" deyərkən belə bir satışa qarşı olduqlarını bildiriblər.
"Unikal" xəbər verir ki, ABŞ prezidenti Co Bayden NATO Liderlər Sammitindən sonra keçirdiyi mətbuat konfransında Türkiyə üçün F-16 və modernizasiya dəstlərinin satışını dəstəklədiyini bildirib:
"Biz F-16 qırıcılarının satışı və modernləşdirilməsini həll etməliyik, bunu həll etməmək bizim xeyrimizə deyil. Bunu etməmək bizim maraqlarımıza ziddir. Biz onlara F-16-ları satmalıyıq. Biz bu haqda o vaxtdan danışırıq. Konqresin təsdiqinə ehtiyacımız var və düşünürəm ki, biz bu təsdiqi alacağıq” - Bayden jurnalistlərə açıqlamasında bildirib.
ABŞ prezidentinin bu açıqlaması böyük müzakirələrə səbəb olub. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Qus Bilirakis və Nikol Malliotakis Baydenin sözlərinə yazılı açıqlama ilə cavab veriblər:
"Keçən ay Vaşinqton-a gələn Yunanıstanın baş nazir Mitsotakis Türkiyənin hücumlarından birbaşa narahat olduğunu dedikdən sonra prezident Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışını dəstəklədiyini eşitmək şok edici oldu”, - deyə bəyanatda qeyd olunub. Bəyanatda senatorlar belə bir satışın əleyhinə olduqlarını və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində buna etirazlarını bildirəcəklərini deyiblər.
Qus Bilirakis daha əvvəl F-16 və F-35 döyüş təyyarələrinin Türkiyəyə çatdırılmasının qarşısını almaq üçün lobbiçilik işlərində iştirak etmişdi. Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Türkiyəyə ünvanlanan və “Türkiyənin yeni F-16-lar və modernizasiya dəstləri ilə bağlı tələbini rədd etməyi və Ərdoğan rejimini məsuliyyətə cəlb etmək üçün dərhal hərəkətə keçməyi şiddətlə tövsiyə edirik” sözlərini ehtiva edən məktubda Konqres üzvlərinə çatmağa öncülük etmişdi.
Gültəkin Ələsgər