Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Samir Zamanpur dünyasını dəyişib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, əvvəllər Ağdaş Rayon Dövlət Yol Polisi bölməsinin (DYPB) əməkdaşı olub. Daha sonra Zərdab Rayon DYP bölməsinə təyinat alıb.
Samir Zamanpur ailəli idi. Onun 1 oğlu, 2 qızı var.
Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında, Ağdaş rayonunun Yuxarı Ləki kəndində baş verib. Belə ki, Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.
Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
Murad İbrahimli