Britaniyalı teatr və kino rejissoru Piter Bruk Parisdə 97 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, məşhur rejissor daha çox teatrdakı işlərilə tanınıb.
Brukun ilk yüksək səviyyəli teatr əsərlərindən biri 1947-ci ildə səhnələşdirdiyi “Romeo və Cülyetta” tamaşası olub. Rejissor premyeradan yarım saat əvvəl səhnədən əksər dekorasiyaları yığışdıraraq “boş məkan” konsepsiyasını təcəssüm etdirib.
Brukun digər diqqətəlayiq əsərləri arasında London Lirik Teatrındakı “Karamazov qardaşları”, Parisdəki Antuan Teatrında quruluş verdiyi “Albalı bağı” tamaşaları var.
Bruk Kann kinofestivalında “Qızıl palma budağı”na namizəd olan “7 Gün. 7 Gecə”, həmçinin “Kral Lir”, “Mahabharata”, “Hamlet faciəsi” kimi filmlərin də rejissorudur.