Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan aprelin 24-də musiqiçi Çağlar Öktenlə ailə qurub.
"Unikal" xəbər verir ki, 7-ci evliliyini edən məşhur sənətçi Seda toyda iştirak edə bilməyən qayınanası və qayınatasının əlini öpmək üçün Mersinə gedib.
Belə ki, müğənni özündən 5 yaş böyük olduğu iddia edilən qayınanası ilə ilk fotosunu da yayıb. Sözügedən foto sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. O, qayınanası ilə verdiyi pozaya "Canım Hicom" qeydini yazıb.
Sayan ilk dəfə Öktenin 11 yaşlı oğlu Arturla da görüşüb.