"Quru sərhədlərinin açılması çox vacibdir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, sərhədlərin bağlı qalmasını pandemiya ilə əlaqələndirirlərsə, sərhəddə yoxlamaları bərpa etməklə insanları buraxmaq lazımdır.
"Bu məsələ müzakirə obyektidir. Yəqin ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bu məsələyə mövqe bildirilər", - deyə V.Əhmədov vurğulayıb.
Qeyd edək ki, qonşu ölkə Rusiya iyulun 15-dən etibarən quru sərhədlərini açacaq.
Anar Kəlbiyev