Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən tibb xidməti leytenantı Xəlilbəyli Turqut Nadir oğlunun 29-cu doğum günü qeyd edilib.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin əvvəllər yaşadığı Masazır qəsəbəsindəki evinə gələrək ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Şəhidin Turqut Xəlilbəylinin valideynləri də onlara dövlət tərəfindən böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.