Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentlərini tapıblar.

"Unikal" caliber.az-a istinadən xəbər verir ki, hələ 44 günlük müharibənin ilk günlərində Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.

Azərbaycan hərbçilərinin bu yaxınlarda aşkar etdikləri tapıntılar hadisəyə aydınlıq gətirib.