İstanbul Beşiktaş Bələdiyyəsinin iyul ayında keçirilən məclis toplantısında ötən həftə dünyasını dəyişən türk kinosunun ustad aktyoru Cüneyt Arkın adının Etiler Sənətçilər Parkına verilməsinə yekdilliklə qərar verilib.
"Unikal" xəbər verir ki, alınan qərara uyğun olaraq parkın adı Cüneyt Arkın Rəssamlar Parkı olacaq.
Qərardan sonra Bələdiyyə Başçısı Akpolat, "Şəhər Şuramızın iyul ayı toplantısının 1-ci iclasını keçirdik. Etiler Sənətçilər Parkına ustad sənətkarımız Cüneyt Arkın adının verilməsi təklifimiz, yekdilliklə qəbul edildi. Ustad sənətkarımızın xatirəsini Beşiktaşda hər zaman yaşadacağıq", - deyib.
Bildirək ki, Cüneyt Arkın iyunun 28-də 85 yaşında vəfat edib.