İtaliya hökuməti ölkədə son 70 ilin ən pis quraqlığı ilə əlaqədar 5 şimal bölgəsində fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Fövqəladə vəziyyət beş bölgəyə şamil edilib: Emiliya-Romanya, Friuli-Venesiya Culiya, Lombardiya, Piemont və Veneto və s. Bölgələrdə su qıtlığı ilə mübarizə üçün yerli hakimiyyət orqanları 36,5 milyon avro təcili yardım alacaq.