Türkiyəli müğənni Serdar Ortaç son açıqlaması ilə gündəm mövzusuna çevrilib.
"Unikal" xəbər verir ki, müğənni "TV100 Magazin"ə müsahibəsində sevgidə bədbəxt olduğunu dilə gətirib. Hətta o, bunun səbəbini sarışın qadınlarda gördüyünü ifadə edib.
"Anam deyir ki, sarışınlardan uzaq dur. Arvadım sarışın oldu, sonra sevgilim sarışın oldu. 50 yaşım var. İndiyə qədər 6 qızla görüşmüşəm. Hər biri də sarışın. Sevgidə bədbəxt oldum", - deyib.
Müğənni bundan sonra həyatında yer alacaq qadının qaraşın olacağı ilə bağlı sualını cavabsız qoyub.
Gülayə Mecid