Kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.
Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını aəkritik informasiya infrastrukturu obyektlərinin meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.
Nazirlər Kabinetinə bu müddət ərzində kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləmək də tapşırılıb.