2022-ci ilin ilk altı ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2539,7 milyon manat vəsait təmin edilib.
"Unikal" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat (24,6 faiz) çoxdur.