Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 8 714,1 milyon manatı və yaxud 67,4% cari xərclər, 3 434,8 milyon manatı və yaxud 26,5%-i əsaslı xərclər, 787,7 milyon manatı və yaxud 6,1%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Bu barədə "Unikal"a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8% çox, 12,5% çox və 10,8% azdır.