Türkiyədə 1500 polis əməkdaşının iştirakı ilə “Sarallar” cinayət təşkilatına qarşı aparılan əməliyyatdan sonra dindirilənlərin bəzilərinin adları məlum olub.

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, sözügedən şəxslər arasında ölkənin bir çox məşhur simalar - müğənni Aylin Coşkun, aktyorlar Necati Şaşmaz, Erkan Petekkaya və aparıcı Sinan Enginin yer alıb. Onlar polis bölməsinə çağırılaraq ifadələri alınıb. 

Xatırladaq ki, iyunun 28-i keçirilən əməliyyatda 119 nəfər şübhəli şəxs qismində saxlanılıb.