Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları siqaretlərin, mobil telefon və aksesuarların, müxtəlif adda məhsulların Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən "Unikal"a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantalara gömrük yoxlaması həyata keçirilib.
Bu zaman vətəndaş tərəfindən gömrük nəzarətinə bəyan edilməyən, şəxsi istifadə malları qismində təqdim etdiyi 3 ədəd əl çantasının və 1 ədəd çamadanın müxtəlif yerlərində 1180 ədəd aksiz markası ilə markalanmayan siqaret, 3 ədəd “iPhone 13 pro max 128 GB” markalı mobil telefon, 5 ədəd “İPhone13 pro” markalı mobil telefonun qutusu, 2 ədəd “iPhone” markalı mobil telefon üçün qidalandırıcı başlıq, 2 ədəd “Macbook air” markalı noutbuk və qutusu, 2 ədəd “Galaxy Watch 4” markalı saat, 3 ədəd “Sony” və “Logitech” markalı “playstation” idarəetmə qurğusu, 15 ədəd “Sony-playstation” üçün oyun diski, 7 ədəd “USB”,1 ədəd “Airpods pro” markalı “qulaqlıq” 1 ədəd səsgücləndirici qurğu, 4 qutu üzərində “Dulcolax bisacodyl 5 mg, 40 tablet” yazısı olan dərman preparatı, 29 ədəd üzərində “Yuolo 2500 puffs” yazısı olan elektron siqaret, həmçinin 23 ədəd üzərində “Green Coffe 30 tablets” yazısı olan 23 ədəd kofe, 15 ədəd gülab suyu, 10 ədəd “Dure touch 60 ml.e” markalı ətir və 2 qutu qida əlavəsi aşkar edilib.