"Kuruluş Osman" serialının çəkilişi ərəfəsində işçi heyətini təhqir etdiyinə görə haqqında cinayət işi açılan aktyor Burak Özçivitin məhkəməsi baş tutub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 il 1 ay müddətinə qədər həbsi istənilən aktyor 3 min lirə (təxminən 303 manat) cərimələnib.
Hakim təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayətə görə məhkum edilmədiyini bildirib və bu əsaslarla məhkəmə hökmün ləğv olunmasına qərar verib.