"Sosial şəbəkələrdə aləm bir-birinə dəyib. Bəziləri təbrik edir, bəziləri isə qınayır. İnsanın etdiyi yaxşılığı ona peşman etdirməyin".
"Unikal" xəbər verir ki, bunu müğənni Roza Zərgərli sosial şəbəkə hesabından etdiyi paylaşımda deyib.
O, övladlığa götürdüyü Corc Qafarovun evlə təmin olunması xəbərinə sərt reaksiya verənlərə belə cavab verib:
"Düzdür, mən uşaqları övladlığa götürmüşəm, böyütmüşəm, təhsilini, tərbiyəsini, əsgərliyini hər birini yerbəyer etmişəm. Məndən öncə uşaqlardan imtina ediləndə onlar dövlətin himayəsinə veriliblər. Daha sonra isə mən onları övladlığa götürmüşəm. Və buna görə dövlət hər zaman övladlarının arxasında olub, onları evlə təmin edib. Burada pis nə var ki? Sevinin ki, valideyinsiz uşağın evi var. Bəli, mən valideyn kimi səslənə bilərəm. Cəmiyyətə xuliqan, bandit yetişdirməmişəmki?".
Gülayə Mecid