Türkiyəli televiziya prodüseri və aparıcı Acun Ilıcalı sosial media hesabından paylaşım edərək sevgilisi Ayça Çağla Altunkayanın ad gününü qeyd edib.

"Unikal" xəbər verir  ki, fotoda Acunun saatı diqqət çəkib. Saat həvəskarı kimi tanınan və aksessuarlarına verdiyi qiymətlərlə adından söz etdirən aparıcı dünyaca məşhur bir markaya məxsus saatına 9 milyon 438 min 862 TL ödəyib.