İyulun 2-də gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında bıçaqlanan tamada Natiq Dağlaroğlu ilk dəfə başına gələn hadisə barədə danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
"Mən bu videonu çəkmək üçün məcbur oldum, məcburiyyət qarşısında çəkdim. Bəzi şayiələr yayılır ki, Natiq Dağlaroğlunu toyda bıçaqladılar. Heç də elə deyil, yanlış məlumatdır. Mənim toyda yox, toydan kənarda başıma belə bir gözlənilməyən hadisə gəldi. Amma heç də deyilən məlumat düz deyil. Mən yaxşıyam. İnşallah bərabər olacağıq".