Uzun müddətdir heç bir layihədə yer almayan aktrisa Merve Boluğur bu dəfə müğənni kimi şansını sınamağa qərar verib.
"Unikal" xəbər verir ki, ilk mahnısı "Şşşttt" ilə gündəm olan Boluğur Yıldız Tilbenin konsertində səhnəyə çıxıb. Boluğurun səhnə performansları, hətta Yıldız Tilbe hamını heyrətə salıb.
Belə ki, mahnı oxuyarkən tamaşaçılardan istədiyi cavabı görə bilməyən Boluğur hərəkətləri ilə hətta Tilbeni də təəccübləndirib.