Türkiyəli aktyor Burak Özçivitin həyat yoldaşı Fahriyə Evcənlə sonuncu fotosu müzakirələrə səbəb olub.

"Unikal" xəbər verir ki, aktyor sosial media hesabında Fahriyə ilə şəklini paylaşıb.

Belə ki, fotoda hər ikisinin saçlarının səliqəsiz olması diqqət çəkib. İzləyicilər Burakın saçlarını lağa qoyub:

Onun bu fotosuna "Burak, feni çox yaxın tutmusan", "Elektrik vurub", "Heç kim mükəmməl deyildir", "Məncə küləkli yerdədirlər", "Buraka nə oldu ki, dayıma bənzədi" , - kimi şərhlər gəlib