Belarusda Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, məlumatı Belarus dövlət başçısının mətbuat xidməti yayıb.
General-mayor Aleksandr Şkirenko vəzifəsindən azad olunması ilə bağlı müvafiq sənədi ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.
Qeyd edək ki, o, həm də Silahlı Qüvvələrin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi olub.