Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə britaniyalı modelyer Viktoriya Bekhemin oğlu Romeo sevgilisi, model Mia Regandan ayrılıb.
"Unikal" xəbər verir ki, Romeo instaqram hesabında Mia ilə olan bütün fotolarını silib. Cütlüyün hansı səbəbdən ayrıldığı açıqlanmayıb.

Qeyd edək ki, Romeo və Mia 2019-cu ildən münasibətdə idi.