Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun saxta məhsullardan istifadə etdiyi ifşa olunub.
"Unikal" xəbər verir ki, Rusiya KİV-ləri Hüseynin əslində nümayiş etdirdiyi həyatı yaşamadığını iddia edib. Belə ki, şəxsi təyyarələrdə uçan və eksklüziv brend əşyalar taxan blogerin orijinal olmayan aksesuar və geyimlərdən, saxta qızıllardan istifadə etdiyi bildirilib.
İnfluenserləri ifşa edən xarici saytlardan biri Hüseynin bəzi fotolarını yayıb. Bildirilib ki, kolleksiyasında qiyməti beş milyon rubldan başlayan "Audemars Piguet Royal Oak" və 20 milyondan çox etiket qiyməti olan "Ulysse Nardin Chinghis Khan" saatları əslində saxtadır.
Bundan sonra bloger "Instagram" hesabında barəsində yayılan iddialara cavab verib. O, Qırmızı rəngdə olan bahalı avtomobillərinin şəklini paylaşaraq "Arzu edirəm ki, bütün istəkləriniz gerçək olsun" sözlərini yazıb.
Fotoda isə onun qırmızı rəngli "Rolls Royce", "Porsche" və "Gelandewagen" maşını yer alıb.