Müğənni Oğuzhan Koçla evlənməyə hazırlaşan gənc aktrisa Demet Özdemir koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
"Bir az ağrı-acı keçirəm. Müalicəm davam edir", - deyə aktrisa paylaşımında yazıb.
Bildirək ki, ötən ay nişanlanan cütlüyün toy mərasimi avqustun 28-də baş tutacaq.