Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev "Instagram" hesabından etdiyi paylaşımı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, Cahad sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırarkən 3 000 manat cəriməsi olduğunu etiraf edib.
Belə ki, o, izləyicinin “Ən çox nədən qorxursan?” sualına “Azadlıqdan məhrum edilməkdən. Karantin və komendant saatını pozduğuma görə 3000 manat cəriməm var. Azadlıq olmadan yaşaya bilmərəm”, - deyə cavab verib.