Bir zamanlar Nyu-Yorkun məşhur klublarından olan "Studio 54"ün keçmiş sahibi Mark Fleyşman evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) ilə həyatını sonlandırıb.
"Unikal" xəbər verir ki, o, ötən gün 82 yaşında İsveçrədəki klinikalardan birində dünyasını dəyişib.
Mark ömrünün son illərində həkimlərin dəqiq diaqnozunu təyin edə bilmədiyi nevroloji xəstəlikdən əziyyət çəkib. Xəstəlik nəticəsində o, əlil arabasına məhkum olub və nitqində problemlər yaranıb.