Türkiyəli aktrisa Özge Gürel aktyor Serkan Çayoğluna ərə gedib.
"Unikal" xəbər verir ki, nikah bu gün Almaniyanın Karlsrue şəhərində baş tutub. Mərasimdə ikilinin ailəsi və yaxın dostları iştirak edib.
Özge və Serkanın toy hədiyyəsi olaraq xərçəngdən əziyyət çəkən uşaqlar üçün fondlardan birinə ianə etdiyi bildirilib.
Qeyd edək ki, cütlük "Kiraz mevsimi" serialının çəkilişləri zamanı tanış olub və 6 ildir münasibətdədir.