Türkiyəli məşhur müğənni İrem Derici xəstəxanalıq olub.
"Unikal" xəbər verir ki,Bodrumda səhnəyə çıxan müğənninin halı pisləşib. Xəstəxanaya qaldırılan İremin hazırda vəziyyətinin yaxşı olduğu bildirilib. Lakin müğənni səhhətinə görə konsertlərini təxirə salıb.
Qeyd edək ki, Derici bir neçə gün sonra Bakıda da konsert verəcək.